CƏMİYYƏT


Ölkəmizdə koronavirusun mutasiyaya uğramış növü hər an aşkarlana bilər

COVID-19-un İngiltərədə aşkarlanan mutasiyaya uğramış növü dünyaya sürətlə yayılır. Qonşu Türkiyədə 196 belə xəstə aşkarlanıb. Bundan əlavə Türkiyədə iki Cənubi Afrika və bir Braziliya ştamına rast gəlinib. Mütəxəssislər COVID-19-un yeni ştammlarının Azərbaycana keçmə ehtimalını istisna etmirlər. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyevin sözlərinə görə, Türkiyə ilə sıx əlaqələrimiz olduğu üçün Azərbaycanda koronavirusun mutasiyaya uğramış növü hər an aşkarlana bilər. Əgər koronavirusun yeni ştammı aşkarlanarsa bu ölkədə yoluxma hallarının artmasına ciddi təsir edə bilər.