CƏMİYYƏT


Şəhid polkovnikin son sözləri: Cənazəsi üzərində müqəddəs bayrağımızla şəhadətə qovuşmaq hər kəsə nəsib olmur

“Öləndə hamı kəfənə bükülür, amma cənazəsi üzərində üçrəngli müqəddəs bayrağımızla şəhadətə qovuşmaq hər kəsə nəsib olmur...” Bu, şəhid polkovnik-leytenant Orxan Əkbərov əsgərlərinə söylədiyi son kəlmələrdir.
AZƏRTAC xəbər verir ki, ziyalı ailəsində doğulan Orxan hələ kiçik yaşlarından atasını - polis mayoru Nadir Əkbərovu xüsusi geyimdə görmüşdü. Atası 90-cı ilin əvvəllərində mənfur ermənilərin törətdiyi qətliamlardan danışarkən 10 yaşlı Orxan ona diqqətlə qulaq asardı. Düşmənə nifrətlə böyüyən Orxanın idmana da marağı vardı. Yarışlarda qazandığı “birincilik” hər dəfə onun Vətən, torpaq sevgisini artırırdı.