CƏMİYYƏT


Binəqədi ratyonunda 20-dən artıq binadan liftlərin naqillərini oğurlayan şəxs saxlanılıb

Bakıda hümdürmərtəbəli binaların liftlərinin ehtiyat hissələrini oğurlayan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir. Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Soltan Rzayev saxlanılıb. Ətrafında keçirilən əməliyyat nəticəsində onun Binəqədi rayonu və paytaxtın digər ərazilərində yerləşən 20-dən artıq hündürmərtəbəli binanın liftinin naqilini kəsərək oğurladığı məlum olub. Soltan Rzayev ifadəsində oğurladığı naqilləri paytaxt ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə satdığını bildirib.