CƏMİYYƏT


Psixoloq: Həm valideynlər, həm də cəmiyyətin digər üzvləri autizmli uşaqlara həssas yanaşmalıdırlar

Autizm erkən yaş dövründə başlayan, həyat boyu davam edən sosial münasibətlər və ünsiyyət problemlərin olması ilə birlikdə qəbul olunan neyropsixiatrik bir pozuntudur. Uşaqların bu problemləri isə xəstəlik yox, fərqli bir xüsusiyyət kimi qiymətləndirilir. Mütəxəsssislər bildirir ki, autizm erkən yaşlarda aşkar olunduqdan sonra səbr tələb edən uzun reabilitasiya proqramına başlanılır.