Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda qanunsuz fəaliyyət göstərən qumarxana aşkarlanıb

31.08.2023 [17:35]

Xəbərin mətni

Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxtın Nəsimi rayonunda yerləşən “Huqqa” restoranında   qanunsuz qumar oyunlarının təşkil edildiyi müəyyən olunub. Daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə qumar oyunlarının təşkilatçısı qeyd edilən restoranın sahibi Rasim Rzayev, həmçinin iştirakçılar Ramal İsmayılov, Vüqar Tahirov, Musa Ağamalıyev və Cavad Kərimov saxlanılıblar. Baxış zamanı restoranda kartlar və qumar oyunlarına qoyulmuş pul vəsaiti aşkar olunaraq maddi sübut kimi götürülüb.