CƏMİYYƏT


Həkimlər xəbərdarlıq edir: Günvurmadan qorunun

Artıq bir neçə gündür ki, ölkə ərazisində günəşli hava şəraiti müşahidə olunur. Havanın həddən artıq isti keçməsi bəzi insanlarda xroniki xəstəliklərin artması və günvurma ilə nəticələnir. Günvurma günəş şüalarının uzun müddət ərzində orqanizmə təsiri nəticəsində baş verir. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, güclü baş ağrıları, nəbzin tezləşməsi, üşütmə, qusma və temperaturun yüksəlməsi kimi əlamətlər qeyd olunur. Ağır hallarda isə günvurma qıcolmalar və huşun itirilməsi ilə nəticələnir.