CƏMİYYƏT


Müalicəvi zəliləri ilə məşhur olan göl

Cəlilabad rayonundakı Qamışlıgöl şəfa mənbəyi kimi məhşurdur. Bu gölü şəfa mənbəyinə çevirən isə burada yaşayan zəlilərdir. Bura zəlilərin kütləvi şəkildə yaşadığı məkanlardandır. Göldəki qansovuranlar təbabətdə daha çox istifadə olunan şərq zəli növüdür. Kənd sakini Elnur Tağıyev AZƏRTAC-a müsahibəsində bu gölün sahilində bir vaxtlar açıq xəstəxanın da inşa olunduğunu bildirib. Bura yay aylarında daha çox üz tutanlar revmatizma və yüksək qan təzyiqindən əziyyət çəkənlərdir. Mütəxəsislərin fikrincə zəli insan qanına öz ağız suyunu buraxdıqdan sonra onun tərkibindəki 60-dan çox zülal komponentləri müalicəvi təsiri sürətləndirir.