CƏMİYYƏT


Heydər Əliyev Mərkəzinin binası BMT-nin rəmzi olan mavi rənglə işıqlandırılacaq

Oktyabrın 24-də Birləşmiş Millətlər Təşkilatı Gününü qeyd etmək üçün “Dünyanı BMT mavi rənginə boya” adlı qlobal kampaniya çərçivəsində və BMT-nin 70 illik yubileyi münasibətilə 45-dən çox ölkədə 150-dən artıq rəmzi abidə, bina, muzey, körpü və digər əlamətdar binalar Birləşmiş Millətlər Təşkilatının rəsmi rəngi olan mavi rənglə işıqlandırılacaq.