CƏMİYYƏT


Xaçmazın 101 yaşlı seçicisi Bibixanım Məmmədova
AZƏRTAC-ın reportajı

O, doğulanda Şərqdə qadının səs vermək hüququ yox idi. İlk dəfə Azərbaycan qadınlarının səs vermək hüququ əldə etdiyi Xalq Cümhuriyyəti dövründə isə cəmi 4-5 yaşı vardı. Söhbət noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə Xaçmaz rayonundan qeydə alınan ən yaşlı seçici Bibixanım Məmmədovadan gedir.