CƏMİYYƏT


Dünyanın tanınmış şəxsləri qaçqınlar üçün addımlar atılmasına dair birgə çağırış kampaniyasına qoşulurlar

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bütün dünyanı qaçqınlarla birlikdə olmağa dəvət edən kampaniyaya (#WithRefugees) başlayıb. Hazırlanan videomüraciətdə dünyanın 60-dan artıq tanınmış şəxsi qaçqınlarla və yardım işçiləri ilə birlikdə olmaqla bu ismarıcı səsləndirirlər: “Biz qaçqınların yanındayıq, xahiş edirik bizimlə birlikdə olun”. Müraciətdə (petisiyada) hökumətlər zorla didərgin salınmış insanların mənafeləri naminə addımlar atmağa çağırılır.