CƏMİYYƏT


Azərbaycanda ən gənc hemodializ xəstəsinin 6, ən yaşlısının 84 yaşı var

Bu gün Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən 2900-dən artıq xəstə hemodializlə təmin olunub. Bu rəqəm xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara dövlət qayğısı ilə bağlı iyunun 29-da 1 saylı Kliniki Tibbi Mərkəzdə keçirilən “dəyirmi masa”da səslənib.