CƏMİYYƏT


Cəlilabadda ağır yol qəzası: 1 ölü, 5 yaralı

Hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının 125-ci kilometrliyində qeydə alınıb. Cəlilabad rayonunun Musalı kənd sakini Zaur Babayevin idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili Bakı şəhər sakini Xanağa Nəzərovun idarə etdiyi minik avtomobili ilə toqquşub. Nəticədə “VAZ 21015”in sərnişini Fariz Rəsulov hadisə yerində dünyasını dəyişib. Hər iki avtomobilin sürücüləri də daxil olmaqla, sərnişinləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır