CƏMİYYƏT


Bakıda pulsuz hepatit müayinələri keçirilir

İyulun 28-i Ümumdünya Hepatit Günü kimi qeyd edilir. Hepatitə yoluxmuş insanların böyük əksəriyyəti bundan xəbərsiz olur, diaqnozu təyin edilmir və müalicə olunmur. Ona görə də, vaxtında edilən müayinə hepatitə yoluxmuş xəstənin həyatını xilas edə bilər. Elə bu məqsədlə də Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz hepatit müayinələri keçirilir.