CƏMİYYƏT


Tarif Şurası: 2503 dərman vasitəsinin təsdiq edilmiş qiymətləri sentyabrın 1-dən qüvvəyə minəcək

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dövlət qeydiyyatına alınmış 9850 dərman vasitəsinin qiyməti Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilib və onlardan 7347 dərman vasitəsi (75 faizi) hazırda təsdiq edilmiş qiymətlərlə satışdadır.