CƏMİYYƏT


Bu gündən daha 2503 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satılır

Sentyabrın 1-dən dövlət qeydiyyatına alınmış daha 2503 dərman vasitəsinin Tarif (qiymət) Şurası tərəfindən təsdiq edilmiş qiymətləri qüvvəyə minib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bununla da artıq dərman vasitələrinin ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, bütünlükdə qeydiyyatda olan 9850 dərman vasitəsi tənzimlənmiş qiymətlərlə satışdadır.