CƏMİYYƏT


103 xidmətinə 300 mindən artıq müraciət daxil olub

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2016-cı ilin yanvar-avqust ayları ərzində 300 mindən artıq ümumi müraciət daxil olub. Müraciət edənlərin 25 mindən çoxu xəstəxanalara yerləşdirilib. Uşaqlar üçün edilən çağırışların sayı 37 mindən çox, xəstəxanalara yerləşdirilənlərin sayı isə 5 mindən artıq olub.