CƏMİYYƏT


Metropoliten əməkdaşları birinciləri belə təbrik etdi

"Bakı Metropoliteni" QSC 15 sentyabr-Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirib. Belə ki, metropoliten işçiləri "Elmlər Akademiyası" stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Sualların cavabını tapan balaca sərnişinlərə hədiyyələr təqdim olunub.