CƏMİYYƏT


Baharabad kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Beyləqan rayonunun Baharabad kəndində Azərbaycan hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə inşa edilən tibb məntəqəsi istifadəyə verilib. “Tibb məntəqəsinin tikintisi” layihəsi USAİD-in dəstəklədiyi Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində Şərq-Qərb İdarəetmə İnstitutu tərəfindən icra olunub.