CƏMİYYƏT


Avtomobil yolunda qaya parçası partladıldı

Bir neçə gün bundan əvvəl Lerik rayonu, Lerik-Kəlvəz-Göydərə avtomobil yolunun 8-ci km-də baş verən dağ uçqunu nəticəsində yolun hərəkət hissəsinə tökülən iri qaya parçalarını aradan qaldırmaq üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub. Yolun bir hissəsinə böyük qaya parçası düşdüyündən texnika vasitəsi ilə onu yoldan kənarlaşdırmaq mümkün olmayıb. Bu səbəbdən də qaya parçasının partladılaraq kənarlaşdırılması barədə qərar qəbul olunub.