Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bu gündən avtomobillərdə pərdə və jalüzlərdən istifadə müddəti başa çatır

15.11.2016 [11:14]

"Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.