CƏMİYYƏT


Paytaxtın küçələri nəzarətə götürülüb

Paytaxtın yüksək əraziləri, əsasən də Yasamal rayonu, "20 yanvar" metrosunun ətrafı, Günəşli qəsəbəsi və 3-cü kənar Dairəvi yollarda buzlaşma ehtimalı var. Həmin ərazilər və şəhərin enişli-yoxuşlu yolları, sərt döngələr nəzarətə götürülüb. Bu barədə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.