CƏMİYYƏT


İtkin düşən neftçilərin axtarış-xilasetmə zonası daha da genişləndirilib

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış–xilasetmə əməliyyatları, uzunluğu 100 kilometr və eni isə 72 kilometr olan geniş ərazini əhatə edir.