CƏMİYYƏT


“ASAN xidmət” 20 Yanvar günü işləməyəcək

İyirmi Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 21-dən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.