CƏMİYYƏT


Ölkəmizdə bitki mənşəli dərman preparatları istehsal olunacaq

Ölkəmizdə bir çox sahədə olduğu kimi əczaçılıq sənayesinin qurulması istiqamətində də məqsədyönlü işlər aparılır. Buna misal olaraq iki əczaçılıq zavodunun təməlinin qoyulmasını qeyd etmək olar. Respublika əhalisinin yerli dərmanlarla təhcizatı əhəmiyyətli məsələlərdən biridir. Bu məqsədlə Azərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakultəsində respublikanın təbii sərvətləri əsasında dərman vasitələrinin yaradılması istiqamətində əczaçılıq laboratoriyası qurulub və müasir avadanlıqlarla təhciz olunub.