CƏMİYYƏT


Gəncədə görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyi qeyd olunub

Yanvarın 27-də Gəncədə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib. Konfransda Əziz Əliyevin siyasi xadim kimi fəaliyyəti də xüsusi qeyd edilib. Vurğulanıb ki, Əziz Əliyev həm Azərbaycanda, həm də Dağıstanda və Moskvada yüksək dövlət vəzifələrində çalışarkən özünü uzaqgörən, səriştəli və bacarıqlı dövlət xadimi kimi göstərə bilib.