CƏMİYYƏT


Bakıda vulkan püskürüb

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov AZƏRTAC-a bildirib ki, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsində baş verib. Həmin ərazidə palçıq vulkanının püskürməsi barədə nazirliyə məlumat daxil olub. Hadisə barədə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumuna məlumat verilib.