CƏMİYYƏT


Dövlət Gömrük Komitəsinin İran vətəndaşından aşkar etdiyi 29 min zəli göllərə buraxılıb

Zoologiya İnstitutunun Mingəçevirdəki süni göllərinə 29 min zəli buraxılıb. AZƏRTAC xəbər verir ki, ötən ay Astara Gömrük İdarəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına aparılarkən gömrük əməkdaşları tərəfindən aşkarlanan minlərlə zəli suya buraxılıb. Canlı orqanizm sayılan bu zəlilər İran vətəndaşı Zahidi Qulamrza Əbülfəz tərəfindən qaçaq yolla ölkədən çıxarılarkən saxlanılıb.