CƏMİYYƏT


Səyyar “ASAN xidmət” yeni məntəqələrdə

Martın 9–dan 18-dək “ASAN xidmət” Binəqədi rayonunun Biləcəri qəsəbəsində, “ASAN qatar” isə Tovuz rayonunun Qovlar şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib ki, səyyar “ASAN xidmət” avtobusları, həmçinin fevralın 18–dən martın 18-dək Lənkəran, Şəki, Şəmkir və Şirvan şəhərlərində, fevralın 25–dən martın 16-dək Saray qəsəbəsində, martın 4-dən 18-dək Xudat və Ağdaş şəhərlərində vətəndaşların xidmətində olacaqlar.