CƏMİYYƏT


Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə tədbir keçirilib. Komitə sədri Hicran Hüseynova ölkə başçısı İlham Əliyevin Azərbaycan qadınlarına ünvanlandığı təbrik məktubunu oxuyub, elmin və mədəniyyətin inkişafında xüsusi rolu olan və ictimai-siyasi sahədə mühüm xidmətləri olan bir qrup qadına Prezident təltifləri təqdim olunub.