CƏMİYYƏT


Metronun “28 may” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə baş verib

Martın 15-də saat 20.00 radələrində Bakı Metropoliteninin “28 may” və “Gənclik” stansiyaları arasındakı tuneldə tüstülənmə müşahidə edilib. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarların hərəkətində hər hansı məhdudiyyət yoxdur. Hadisə barədə ətraflı məlumat veriləcək.