CƏMİYYƏT


Qusar sakini 64 ilin avtomobilini 70 min manata satışa çıxarıb

Altmış beş yaşlı Qusar sakini Gülmət Şahbazov özündən bir yaş kiçik avtomobilini 70 min manata satışa çıxarıb. AZƏRTAC xəbər verir ki, sahibi 1953-cü il istehsalı olan “QAZ-12” (ZİM) markalı avtomobili 30 il öncə Quba sakinindən alıb. Üç min rubla əldə etdiyi retro avtomobili Gülmət Şahbazovun atası sürüb. Sonradan xarab olan avtomobil ötən ilədək istifadəsiz qalıb.