CƏMİYYƏT


Bakıda qəzada avtomobil yanıb, 3 nəfər ölüb

FHN-nin məlumatına görə, Bakı şəhəri Suraxanı rayonunda "VAZ" və “KİA” markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb və avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub.