CƏMİYYƏT


Qarqar çayında aşkar edilən tank əleyhinə mina partlayış yolu ilə məhv edilib

Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində Qarqar çayından tank əleyhinə “TM-62M” minası tapılıb. Mina sakinlər tərəfindən aşkarlanıb. Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları cəlb olunub. Daşınması mümkün olmadığı üçün mina partladılaraq zərərsizləşdirilib.