CƏMİYYƏT


Avtomobilini avtobusun qarşısında saxlayan şəxs hərəkətə belə mane oldu

“BakuBus”a məxsus 1 saylı marşrut avtobusu Qara Qarayev prospekti dayanacağından hərəkət edən zaman öz şəxsi avtomobilini (99 EH-075 nömrə nişanlı, Hunday Sonata) avtobusun qarşısında saxlayan şəxs sürücünün xəbərdarlıqlarına məhəl qoymayaraq hərəkəti ləngidir. Eyni zamanda həmin şəxs qayda pozuntusuna yol verdiyi halda öz qanunsuz əməlində israr edir. Yalnız sərnişinlərin müdaxiləsindən sonra o öz qanunsuz əməlindən çəkinir. Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatın normal fəaliyyətinə mane olan sürücü barəsində müvafiq hüquqi tədbir görülməsi məqsədi ilə DYP-ə müraciət edəcək.