CƏMİYYƏT


Baş pediatr: Sumqayıtda zəhərlənən 136 uşaqdan bir hissəsi artıq evə buraxılıb

Sumqayıtda uşaqlar arasında ilk xəstələnmə halları iyunun 7-də baş verib. Həmin gün Səhiyyə Nazirliyində operativ qərargah yaradılıb. İndiyədək qərargaha 136 müraciət olub. Bu gün onlardan dörddə birinin müalicəsi davam edir, digərləri evə buraxılıb. Proses qısa müddətdə lokallaşdırılıb. Bunu respublikanın baş pediatrı Nəsib Quliyev jurnalistlərə açıqlamasında deyib.