CƏMİYYƏT


Bakıda tikilməkdə olan çoxmənzilli binalarda müşahidə kameraları quraşdırılacaq

1 saylı "Asan Kommunal" mərkəzində Əmək Münasibətlərinin Monitorinq Mərkəzinin xidmət pəncərəsi yaradılıb. Xidmət pəncərəsi vasitəsi ilə Bakı şəhərində tikilməkdə olan çoxmənzilli yaşayış binalarının tikintisi ilə məşğul olan fiziki və hüquqi şəxslər, habelə tikinti obyektlərində çalışan işçilər üçün qeyri-rəsmi məşğulluğa qarşı mübarizə ilə əlaqədar maarifləndirmə işi aparılacaq. Maarifləndirmə işlərindən əlavə, əmək müqaviləsi ilə işləməyən işçiləri müəyyən etmək üçün tikinti obyeklərində müşahidə kameraları quraşdırılacaq.