CƏMİYYƏT
Avtobusa velosipedlə daxil olan sərnişin hərəkətə mane oldu
27.07.2017 [15:31]
“BakuBus”a məxsus 21 nömrəli marşrut xətti üzrə Səməd Vurğun bağı dayanacağından hərəkət edən avtobusa sərnişin velosipedlə daxil olub və velosipedi fiziki məhdudiyyətli sərnişinlər üçün ayrılmış xüsusi yerdə saxlayıb. Sərnişinə xətt dispetçeri və sürücü tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o xəbərdarlıqlara məhəl qoymadan israrla velosipedi avtobusda saxlamağa davam edib və təhlükəsizlik qaydalarını kobud şəkildə pozub.Sərnişinlərlə dolu avtobusun hərəkətininə maneə yaradan sərnişin, avtobusun 23 dəqiqəyə yaxın dayanmasına və qrafik üzrə ləngiməsinə səbəb olub.