CƏMİYYƏT


Gömrük nəzarətindən gizlədilən külli miqdarda valyutanın ölkədən çıxarılması cəhdinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda ölkəmizdən Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi “Volkswagen” markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.