CƏMİYYƏT


Bakı Nəqliyyat Agentliyi “Sahil” metrosunun bağlanması ilə bağlı daşıyıcılara xəbərdarlıq edib

“Sahil” metrosunda aparılacaq təmir işləri zamanı ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin həmin istiqamətdə rahat gediş-gəlişini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 5,18, 88 və 125 nömrəli müntəzəm marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq məktubu göndərib. Daşıyıcılara təmir işləri başa çatanadək avtobuslararası intervala maksimum dərəcədə əməl etmək tapşırılıb.