CƏMİYYƏT


Bakıda qurbanlıq heyvanlar bu ünvanlarda satılacaq

Qurban bayramı ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejiminə keçib. Xidmətin nümayəndəsi Yolçu Xanvəli bildirib ki, respublikanın rayon və şəhərlərində qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda satışının və kəsiminin qarşısı alınacaq, ətlər baytarlıq-sanitariya ekspertizasından keçiriləcək.