CƏMİYYƏT


Meşədə tək qalan 6 yaşlı uşağın xilasedicilər tərəfindən tapılma anları

İki gün əvvəl Quba rayonunun Əski İqrıq kəndində itkin düşən 6 yaşlı Quba şəhər sakini Əliyev Natiq Namiq oğlu avqustun 30-da tapılıb. Natiq Əliyev avqustun 28-də saat 16:00 radələrində meşəlik ərazidə yerləşən istirahət mərkəzində keçirilən xınayaxdı mərasimi zamanı itkin düşmüşdü. Axtarış əməliyyatlarına FHN-nin Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğından Mühafizə xidmətlərinin, Mülki Müdafiə Qoşunlarının və Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri, polis əməkdaşları cəlb olunmuşdu.
Video: FHN Official