CƏMİYYƏT


İstifadə olunmuş kağızları atmayın - “ASAN Xidmət”ə təhvil verin

Təmiz ağ kağızlardan demək olar ki, hər birimiz istifadə edirik. Elə əksəriyyətimiz də bu kağızları istifadə etdikdən sonra tullantı kimi atırıq. Amma unutmaq olmaz ki, bu kağız tullantılar təkrar emal edilə bilər. Bunun üçün də, fərdi olaraq hər birimiz kağız tullantılarını toplamaqla müvafiq qurumlara təhvil verə bilərik.