CƏMİYYƏT


Məişət zorakılığının qarşısının alınması ilə bağlı məlumat bankının təqdimatı olub

Məişət zorakılığının qarşısının alınması istiqamətində məlumat bankının yaradılmasının bir sıra müsbət cəhətləri var. AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 4-də Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin BMT-nin Əhali Fondu ilə birgə təşkilatçılığı ilə keçirilən məişət zorakılığına dair elektron məlumat bankının təqdimatında komitənin sədri Hicran Hüseynova deyib.