CƏMİYYƏT


General-leytenant Hüseyn Rəsulbəyovun anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib

“Dərbənd” Xeyriyyə İctimai Birliyinin rəyasət heyətinin iclası çərçivəsində keçirilən tədbirdə general-leytenant Hüseyn Rəsulbəyovun xatirəsi anılıb. İctimai Birliyin sədri, Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyev tədbirdə çıxış edərək görkəmli dövlət xadimi, hərbi xadim, Əməkdar Mühəndis, uzun illər Azərbaycanın rabitə naziri vəzifəsində çalışmış general-leytenant Hüseyn Rəsulbəyovun tarixi xidmətlərindən söz açıb, onun həyatı və fəaliyyəti barədə ətraflı məlumat verib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır