CƏMİYYƏT


Xaçmazda avtomobil at arabası ilə toqquşub

Siyəzən sakini Şamil Ələkbərovun idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman gözlənilmədən qarşısına çıxan at arabası ilə toqquşub. Arabada olan, rayonun Qaradağ Buduq kənd sakini, 62 yaşlı Nuru Zeynalov aldığı bədən xəsarətlər nəticəsində hadisə yerində ölüb.