CƏMİYYƏT


Hacıqabulda evə basqın edən şəxslər tutulub

Oktyabrın 19-da Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Qızqayıt Vəliyeva və ailə üzvlərinin yaşadığı mənzilə iki nəfər maskalı şəxsin bıçaqla hücum edərək quldurluq cinayəti törətməsi barədə məlumat daxil olub. Hacıqabul RPŞ əməkdaşları tərəfindən “isti izlər”lə və peşəkarlıqla həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində həmin cinayətin rayon sakinləri Yusif Abasov və Şamxal Şirinov tərəfindən törədildiyi müəyyənləşib. Həmin şəxslər saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.