CƏMİYYƏT


Heydər Əliyev Fondunun dəvəti ilə Moskvanın uşaq evinin sakinləri Azərbaycanda olub

Heydər Əliyev Fondunun dəvəti ilə oktyabrın 16-da Azərbaycana gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinlərinin səfər proqramı başa çatıb. Fonddan AZƏRTAC-a bildiriblər ki, valideyn himayəsindən məhrum olan uşaqlar Bakıda qonaq olduqları müddətdə paytaxtın görməli yerlərini gəzib, müxtəlif istirahət və əyləncə proqramlarında iştirak ediblər, eləcə də Quba rayonuna gediblər.