CƏMİYYƏT


Bakıda itləri gəzdirmək üçün xüsusi yerlər niyə yoxdur?

Heyvan sahibləri deyir ki, şəhər mərkəzində salınan parkların əksəriyyətinə “itlərin gəzdirilməsi qadağandır” nişanı vurulub. İtləri sərbəst gəzdirmək üçün xüsusi yerlər olmadığından öz sadiq dostlarını yalnız günün müəyyən saatlarında və adam az olan yerlərdə gəzdirə bilirlər. Bu da onlara müəyyən çətinliklər yaradır.