CƏMİYYƏT


İsmayıllı sakini yağ və su ilə işləyən mühərrik ixtira edib

İsmayıllı rayonunun Diyallı kənd sakini Ömərov Natiq yeni mühərrik ixtira edib. Bu mühərrikin digərlərindən fərqi onun su və motor yağı ilə yüksək sürətlə hərəkət etməsidir. Mühərrik üçün detalların çətinliklə tapılması onun bu ixtiranı uzun illər ərzində ərsəyə gətirməsinə səbəb olub. Sənətkar bu ixtirasını bütün texnikalar üçün nəzərdə tutaraq hazırlayıb.