CƏMİYYƏT


Ölkəmizin 70 rayonunun 1400 gənci intellektual mübarizəyə qoşulub

Noyabrın 4-də Qubada ölkəmizin 70 rayonundan 1400 gəncin cəlb olunduğu intellektual yarışlara start verilib. AZƏRTAC xəbər verir ki, “İrəli” İctimai Birliyinin Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan İntellektual Birincisi” layihəsinin ilk mərhələsində beş şimal rayonunun (Quba, Şabran, Xaçmaz, Qusar, Siyəzən) gənc intellektləri mübarizə aparır.